Ördək yumurtasının içinə baxan sakinlər DƏHŞƏTƏ GƏLDİ: Yırtıcı çıxdı

Cənubi Afrika Respublikasında sakinlər qəribə hadisə ilə üzləşiblər.

Metbuat.az xəbər verir ki, sakinlər bala çıxarmağa hazırlaşan ördəyi müşahidə edərkən şok yaşayıblar. Belə ki, ördəyin yumurtalarından birinin içindən ördək yox timsah çıxıb. Güman edilir ki, timsah yumurtalarından biri naməlum səbəbdən ördək yuvasına düşüb. Nəticədə timsah ördəyin qanadları arasında yumurtadan çıxıb. Maraqlısı budur ki, timsah balası ördəklərə zərər verməyib. Sakinlər timsah balasını çaya buraxıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR