"Sabah"ın məşqçisi 5 oyunluq cəza alıb, klub 4800 manat cərimələnib

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XVIII turunda baş verən hadisələrə hüquqi qiymət verib.

Metbuat.az xəbər verir ki, qərara əsasən, "Sabah" klubunun məşqçisi Vitali Kovalyov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.Klub isə 4000 manat cərimə olunub. Bundan başqa, "Sabah" klubunun qapıçısının formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 800 manat cərimə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR