ABŞ Rusiyanın təhdid etdiyi ölkəyə “nüvə gəmisi” göndərdi

ABŞ-ın nüvə başlığı daşıyan bilən “USS Forrest Sherman” hərbi gəmisi İsveçin paytaxtı Stokholm sahillərində mövqe tutub.

Metbuat.az xəbər verir ki, bu barədə İsveç ordusundan açıqlama verilib. Məlumata görə, gəmi Baltik dənizində keçirilən təlimlərdən sonra paytaxt sahillərinə üzüb. Lakin təlimin detalları və gəminin hansı məqsədlə İsveçə gəldiyi barədə açıqlama verilməyəcəyi diqqətə çatdırılıb. Gəminin yaxın günlərdə ölkədən ayrılacağı bildirilib.

Qeyd edək ki, Rusiya Finlandiya və İsveçin NATO-ya üzv olmağa cəhd etməsinin nəticələri olacağı barədə xəbərdarlıq etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR