ABŞ-dan Ukraynaya misli görülməmiş dəstək:

"ABŞ Ukraynaya dəstəyini artırır. Ukraynaya zenit dəstəyi veriləcək. Verilən dəstəklə Ukrayna öz hava məkanını qoruya biləcək".

Metbuat.az xəbər verir ki, bunları ABŞ Prezidenti Co Bayden mətbuat konfransında deyib.

Bayden dünyanın Rusiya Prezidenti Putinə qarşı birləşdiyini, sanksiyaların Rusiya iqtisadiyyatına zərər vuracağını bildirib. ABŞ Prezidenti yeni dəstək paketinin təsdiqləndiyini də elan edib:

"200 milyon dollarlıq əlavə dəstək paketi təsdiqlənib. ABŞ yardım məbləğini 1 milyard dollara çatdırır. İndiyə qədər görülməmiş hərbi və humanitar dəstək veririk. Ukrayna iqtisadiyyatını maliyyə yardımı ilə dəstəkləyəcəyik. Amerika xalqı dəstəyini əsirgəməyəcək. ABŞ azadlıq qüvvələrini dəstəkləməyə davam edəcək. Amma bunu da deməliyəm ki, bu uzun və çətin mübarizə ola bilər".

ABŞ-ın göndərəcəyi hərbi yardımda nələr var?

- 800 zenit sistemi (uzaq mənzilli daxil olmaqla)

- 9000 zireh əleyhinə sistem

- 7000 silah (pulemyotlar, tüfənglər, qumbaraatanlar)

- 20 milyon mərmi

- PUA-lar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR