Kamilla Məmmədzadə Azərbaycanı BƏƏ-də 60 ölkə arasında təmsil edəcək

İstedadlı gənc müğənni 11 yaşlı Kamilla Məmmədzadə Azərbaycanı Dubayda keçirilən "Little Miss & Mister United World" adlı beynəlxalq mədəniyyət və talant festivalında təmsil edəcək.

Müsabiqə 25-30 Mart tarixlərində EXPO-2020 Dubai sərgi çərçivəsində baş tutacaq.

Sayca 20-ci beynəlxalq festivalda Azərbaycan, Gürcustan, Qazaxıstan, Ukrayna, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya, Monqolustan, Şri-Lanka, Hindistan, Livan, Kenya, Uqanda və digər ölkələrdən 4-16 yaş arasında olan 70-dən çox iştirakçı qatılıb. Ölkəmizi beynəlxalq layihələrdə layiqincə təmsil edən Kamila Məmmədzadə bu festivalda "Dance" ("Rəqs") mahnısı ilə çıxış edəcək.

Kamilla belə bir müsabiqədə iştirak etdiyi üçün sevindiyini qeyd edib:"Festivala ciddi hazırlaşıram. Çalışacam istədiyim hədəfə nail olum. Sevinirəm ki, Azərbaycanı belə bir möhtəşəm müsabiqədə təmsil edəcəm".

Qeyd edək ki, vokal musiqi təhsilinə yiyələnən Kamilla Məmmədzadə 2021-ci ildə Türkiyədə keçirilən “Golden Star Kids International” beynəlxalq yarışmasının qalibi olmaqla yanaşı, layihənin Qran-prisini də qazanıb. Bununla yanaşı, Kamilla 23 Mart tarinxdə Four Seasons otelində keçiriləcək "Global Woman Awards" layihəsinin nominantları sırasında yer alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR