Rusiyada “WhatsApp” bloklana bilər

Rusiyanın İctimai Palatası Federasiya ərazisində “WhatsApp” mesencerinin bloklanmasını təklif edib.

Metbuat.az xəbər verir ki, bunu TASS agentliyinə palatanın işçi qrupunun rəhbəri Aleksandr Malkeviç bildirib.

Qrup rəhbəri bildirib ki, ölkədə Meta şirkətinin məhsulları olan “Facebook” və “Instagram” bağlandığı halda, şirkətə məxsus mesencerin açıq saxlanması məntiqsizdir. “WhatsApp” mesencerində kifayət qədər yalan xəbər yayıldığı halda, onu istisna hal kimi açıq saxlamaq olmaz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR