Şimali Koreya təsdiq etdi: Yeni növ raket sınaqdan keçirilib

Şimali Koreya ötən gün sınaqdan keçirdiyi ballistik raketin qitələrarası yeni növ mərmi olduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə dövlət agentliyi məlumat yayıb. Bildirilib ki, bu növ raket ilk dəfə sınaqdan keçirilir.

Cənubi Koreyanın məlumatına görə, Pxenyanın sınaqdan keçirdiyi raket 6200 kilometr yüksəklikdə təqribən 1080 kilometr məsafə qət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR