Ərdoğan:

"Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir".

Metbuat.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı əsas müzakirə mövzusu Rusiya və Ukrayna məsələsi olub.

“Onun cənab Putinlə münasibətləri hamıya məlumdur. İlham Əliyev bu müharibənin ən yaxşı təhlilçilərindən biridir. Onunla bu barədə çox açıq və aydın danışmaq imkanımız oldu”, - Prezident bildirib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR