Göyçayda 25 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

Göyçayda 25 min manatlıq oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Göyçay Rayon Polis Şöbəsinə Çayarxı kəndin ərazisində yerləşən avtomobillərin təmiri sexində “Volvo” markalı bir yük avtomobilinin 5.000 manat dəyərində, “Zoomlion” markalı digər avtomobilin 10.000 manat dəyərində mühərrik hissələrinin, şəhər ərazisindəki MMC-lərin birindən isə 10.000 manat dəyərində metal qırıntıları və elektrik avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Həsənov, E.Eminov və A.Vəliyev müəyyən edilərək saxlanılıblar, araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR