Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vyanaya gedib

Avstriyanın paytaxtı Vyanada azərbaycanəsilli məşhur Fransa fotoqrafı Reza Deqatinin sərgisi açılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

“Qarabağ həqiqətlərini dünyaya çatdıran Reza Deqatinin Vyanadakı “Küldən yüksəliş. Qarabağın intibahı” adlı sərgisində iştirak etdik”, - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR