Avropa çempionatı: Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəlib

Azərbaycanın 3 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

Metbuat.az xəbər verir ki, 130 kq-da yer alan Beka Kandelaki isə təsnifat mərhələsindən Mixaylo Vişnivetskini (Ukrayna) mübarizədən kənarlaşdırıb. 1/4 finalda David Ovasapyanla (Ermənistan) qarşılaşan idmançı inamlı qələbə qazanıb. O, rəqibinə 5:1 hesabıyla qalib gələrək Avropa çempionatının yarımfinalına yüksəlib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.

Qadın güləşçilərdən Elis Manolova (65 kq) isə finalda Tatyana Rıjko ilə qüvvəsini sınayacaq.

Yarış aprelin 3-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR