Martda Bakıdan Şuşaya 799 sərnişin daşınıb

Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən işğaldan azad edilmiş ərazilərə təşkil edilən müntəzəm avtobus reyslərinin mart ayı üzrə statistikası açıqlanıb.

Xidmətdən Metbuat.az-a verilən məlumata görə, hesabat dövründə Bakı Beynəlxalq Avtovağzaldan Şuşaya 799, Ağdama isə 154 sərnişin daşınıb.
Bununla yanaşı, Bərdə avtovağzalından Ağdama - 408, Əhmədbəyli avtostansiyasından isə Şuşa köhnə avtovağzalına - 470 sərnişin daşınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR