Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi oldu

Aprelin 1-də Ukraynanın Zaporojye vilayətində Rusiya ilə əsirlərin mübadiləsi aparılıb.

Metbuat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbər müavini Kirilo Timoşenko bildirib.

Onun sözlərinə görə, 15-i qadın olmaqla, 86 Ukrayna hərbçisi əsirlikdən azad edilib. Timoşenko həmçinin qeyd edib ki, azad edilmiş hərbçilər artıq təhlükəsiz yerdədirlər və hazırda onların həyatına heç bir təhlükə yoxdur.

Əsirlərin dəyişdirilməsinin təfərrüatı açıqlanmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR