Azərbaycan Kikboksinq Federasiyası 22 ildən sonra loqosunu dəyişdi - FOTO

Azərbaycan Kikboksinq Federasiyası loqo dəyişikliyi edib.

Metbuat.az xəbər verir ki, yeni loqoda əvvəlkindən fərqli olaraq, Azərbaycanın atributları əks olunub.

Belə ki, loqonun həm sol, həm də sağ tərəfi üçrəngli bayrağımızın rəngləri ilə əhatə edilib. Həmçinin loqoda bayrağımızda 8 guşəli ulduzun olduğunu bildirən bu qədər sayda ulduz və iki kikboksçunun mübarizəsi əks olunub.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən Azərbaycan Kikboksinq Federasiyasının əvvəlki loqosu 2000-ci ildən mövcud idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR