İsrailin turizm naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Ölkəmizdə səfərdə olan İsrailin turizm naziri Yoal Razvozov Şəhidlər xiyabanını ziyarət edib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “Facebook” hesabında paylaşım edilib.

“İsrailin turizm naziri Yoal Razvozov Azərbaycana səfərini Prezident İlham Əliyevlə görüş və Şəhidlər xiyabanında ehtiramını ifadə etməklə başlayıb. İqtisadiyyat, turizm və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri səfər çərçivəsində diqqətdə saxlanılacaq”, - deyə səfirliyin paylaşımında bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR