“Location”dakı partlayışdan sonra bu gecə klubu da

“Location” gecə klubunda baş vermiş partlayışdan sonra, obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və onun qardaşı Elşən Səfərova məxsus “The Place” gecə klubu da bağlanıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən iaişə obyekti 3 gündür ki, fəaliyyət göstərmir.Gecə klubunun fəaliyyətinin bərpa olunub-olunmayacağı isə sual olaraq qalıb.

Məlumata görə, “Location”da baş verən partlayışda xəsarət alanlar arasında “The Place”nin əməkdaşları da olub.

Qeyd edək ki, “The Place” ötən ilin martın 10-da fəaliyytə başlayıb. Hazırda Orxan Səfərov “Location”da baş verən partlayışa görə həbs olunan üç nəfərdən biridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR