Obama Ağ Evdə Baydenə "cənab vitse-prezident" deyə müriacət etdi -

Amerika Birləşmiş Ştatlarının eks-prezidenti Barak Obama Ağ evə gəlib.

Mebtuat.az xəbər verir ki, Obama ilə görüş zamanı ABŞ-nin hazırkı prezidenti Co Bayden arasında maraqlı anlar yaşanıb.

Obamanın çıxışının əvvəlində Baydenə “vitse-prezident Bayden” ( 2009-2017-ci illərdə Bayden vitse-prezident olub - red) deyə müraciəti hər kəsi güldürüb. Sonra isə Obama “Əlbəttə ki, bu, bir zarafat idi” deyərək müraciətinə aydınlıq gətirib.

Hər kəs Obama ilə görüşən zaman Baydenin mərasimdə çaşbaş olması sosial şəbəkələrdə gündəm olub.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Barak Obama az gəlirli insanlara tibbi sığorta təklif edən “Obamacare” kimi tanınan tibbi sığorta islahatının imzalanmasının ildönümü münasibətilə Ağ Evə gəlib.

Gülər Seymurqızı



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR