Ukrayna dəhşətli hücumla sarsıldı: Onlarla ölü və yaralı var

Ukraynanın Kramatorsk şəhərindəki dəmiryol vağzalı roketlərlə bombalanıb.

Metbuat.az xəbər verir ki, Ukraynanın Dövlət Dəmiryol idarəsinin açıqlamasına görə, hücum zamanı 30 nəfər həlak olub. 100 yaralı var. Məlumata görə, hücumu Rusiya ordusu təşkil edib. Ukraynalı rəsmilər bəyan edib ki, Rusiya ordusu Donbası ələ keçirmək üçün hücuma hazırlaşır.

Moskvanın məqsədi Rusiya ilə sərhəd bölgələrdə mümkün qədər çox ərazi ələ keçirməkdir. Ukraynalı rəsmilər əhalini bölgəni tərk etməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR