Türkiyənin tanınmış həkimi Elnarə Tuncay Bakıya gəldi -

Türkiyənin tanınmış həkimi Elnarə Tuncay 10 ilə yaxındır ki, həkim-dermatoloq kimi fəaliyyət göstərir. O, bu zamana kimi bir çox beynəlxalq təlimlərdə aktiv olaraq iştirak edib və yiyələndiyi zəngin bilikləri öz sahəsində uğurla tətbiq etməkdədir.

Beynəlxalq təcrübəyə malik olan peşəkar həkim "Reputation İnc." PR və Event şirkətinin təşkilatçılığı ilə Bakıda baş tutan "Global Woman Awards - 2022" tədbirinə dəvət alıb və uğurlu fəaliyyətinə görə "The Professional Dermatologist" mükafatına layiq görülüb.

E. Tuncayın sözlərinə görə, həkimin ən böyük uğuru pasiyentlərin rəğbətini qazanmaqdır: "Uğurlu müalicədən sonra onların gözündə minnətdarlıq sevinci görə bilirsənsə, deməli düzgün yoldasan".

Peşəkar həkimin gələcək planları isə özü kimi uğurlu və işinin peşəkarı olan həkimlər yetişdirməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR