Ölkədə kassa aparatları ilə dövriyyə 38,1% artıb

Bu ilin yanvar-mart aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 4,3 mlrd. manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur.

Dövlət Vergi Xidmətindən Metbuat.az-a verilən məlumata görə, indiyədək ölkə ərazisində 58 095 ədəd NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR