Buçada kütləvi məzarlıqdan 73 cəsəd çıxarıldı

Buça şəhərində Müqəddəs Apostol Kilsənin yaxınlığında kütləvi məzarlığından artıq 73 cəsəd çıxarılıb.

Metbuat.az xəbər verir ki, bu barədə UNIAN agentliyinə açıqlamasında şəhərin meri Anatoli Fedoruk bildirib.

O, həmçinin deyib ki, şəhərdə tapılan 403 cəsəddən 167-nin şəxsiyyəti müəyyən edilib. Onların harada yaşadıqları və işlədikləri öyrənilib. Onun sözlərinə görə, hazırda cəsədlərin tanışları və qohumları tərəfindən tanınması prosesi gedir.

Fedoruk qeyd edib ki, bu gün doğmalarının taleyini düşünən insanlar şəhərlərə qayıdırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR