Türkiyədə qapıçı oyun vaxtı keçirdiyi infarktdan vəfat edib - VİDEO

Türkiyədə veteran qapıçı Fatih Mumcu oyun vaxtı keçirdiyi infarktdan dünyasını dəyişib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dadisə Ege Bölgəsi Masterlər Futbol Federasiyası Liqasının keçirdiyi turnirin final matçında baş verib

"Bodrum Bələdiyyəsi Masterlər" komandasının 43 yaşlı oyunçusu "9 sentyabr Masterlər"lə görüşdə özünü pis hiss edərək yerə yıxılıb. Ona ilkin yardımı komanda yoldaşları göstərib. Daha sonra qapıçı xəstəxanaya çatdırılsa da, qolkiperin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Fatih Mumcu peşəkar karyerasında "Batman Petrolspor" və "Tavşanlı Linyitspor"un formalarını geyinib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR