Azərbaycan Velosiped Federasiyasının adı və loqosu dəyişdi

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı rəsmi olaraq dəyişdirilib.

Federasiyanın mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, bundan sonra Azərbaycan Velosiped Federasiyası (AVF) adlandırılacaq.

Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb və Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.

Bundan başqa federasiyanın loqotipi də yenisi ilə əvəzlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR