Bakıda binanı təmizləyən fəhlə qumbara tapdı

Bakının Yasamal rayonu ərazisində qumbara aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu feysbukda bildirib. “Binanın ətrafını təmizləyən fəhlə beli xoşbəxtlikdən qumbaraya toxundurmayıb. Şəkildən göründüyü kimi, qumbara istifadə olunmayıb, necə deyərlər “sağlamdır””, - o yazıb.

Xuduoğlu əlavə edib ki, Fövqəladə Hallar Nazirliyinə xəbər verildikdən sonra aidiyyəti qurumun əməkdaşları lazımi tədbirlər görüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR