Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər

Bu ilin yanvar-mart aylarında (01.04.2022-01.04.2022 tarixinə) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 1 866 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 95,7% çoxdur.

ARDNF-dən Metbuat.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 953 498 min dollar səviyyəsində idi.

Məlumata görə, Fondun AÇG yatağı üzrə əldə olunan ümumi gəlirləri (2001-ci ildən etibarən) 157 239 mln. dollar (01.04.2022 tarixinə) təşkil edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 359 125 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 12,3 dəfə çoxdur.

Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.04.2022 tarixinə) 62 494 min dollar olub, bu da 2,14 dəfə artım deməkdir.

Məlumata görə, ARDNF-nin "Şahdəniz" yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 4 911 mln. dollar (01.04.2022 tarixinə) təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR