Əlilliyi olan 6,9 mindən çox şəxsə xidmətlər göstərilib

Reabilitasiya mərkəzlərində əlilliyi olan 6,9 mindən çox şəxsə xidmətlər göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, əlilliyi olan şəxslərə bu dövrdə 13,1 min reabilitasiya vasitəsi verilib.

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində əlilliyi olan 6,9 mindən çox şəxsə xidmətlər göstərilib.

Onlar effektiv təsirə malik fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə əhatə olunublar.

Həmin dövrdə Agentlik əlilliyi olan şəxsləri 13,1 min reabilitasiya vasitəsi ilə də təmin edib.

Müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatı sahəsində 2020-ci ilin dekabr ayından başlanan işlər cari ilin ilk rübündə də davam edib. Ümumilikdə həmin vaxtdan 270 nəfər müharibə əlili (o cümlədən 44 günlük Vətən müharibəsində yaralanmış 200-dək hərbçi) 290 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə təmin edilib.

Bu ilin ilk rübündə əlilliyi olan şəxslərə arzu etdikləri tarixdə reabilitasiya xidmətlərindən yararlanmaq üçün qeydiyyata alınmaq imkanı - “Elektron rezervasiya” sistemi yaradılıb. Artıq 3,8 minə yaxın şəxs bu sistemdən faydalanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR