"Könül Estetik" mərkəzinin rəhbəri beynəlxalq tədbirdə mükafatlandırıldı

"Könül Estetik" mərkəzinin rəhbəri, dünyaca tanınmış “Aptos” şirkətinin beynəlxalq təlim ustası rütbəsinə sahib Könül Sənai "Reputation İnc." PR və Event şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan "Global Woman Awards - 2022" tədbirində "The Professional Aesthetic Doctor" mükafatına layiq görülüb.

Təsisçisi olduğu və Təbrizdə fəaliyyət göstərən estetik mərkəzində kosmetik prosedurlar və plastik əməliyyatlar icra edilir. K.Sənainin sözlərinə görə, Azərbaycandan olan xanımlar da tez-tez bu mərkəzin qonağı olaraq xidmətlərdən istifadə edirlər.

Azərbaycanda və İranda Tibb universitini bitirən K. Sənai beynəlxalq təlimlərdə mütəmadi olaraq iştirak edir və mənimsədiyi yenilikləri sahəsində uğurla tətbiq edir. Həkim Könül Sənai bu illər ərzində bir çox uğurlara imza atıb. Yaxın gələcəkdəki planları isə Dubay və Almaniyada öz mərkəzinin filiallarını açmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR