Hulusi Akar: "Son yeddi ildə 34 min 175 terrorçu zərərsizləşdirilib"

Türkiyə Silahlı Qüvvələr bu il yanvarın 1-dən aprelin 22-dək 1987 terrorçu zərərsizləşdirib.

Metbuat.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ordu başçıları ilə birlikdə Gazi Orduevində şəhid ailələri və qazilərlə görüşdə bildirib.

Onun sözlərinə görə, Türkiyə ordusu 2015-ci il iyulun 24-dən indiyədək 34 min 175 terrorçunu zərərsizləşdirib: “Türkiyə Silahlı Qüvvələri ölkə tariximizin ən çətin günlərini yaşayır. Bir tərəfdə dənizdə, quruda, havada təlimlər keçirik, o biri tərəfdə isə əməliyyatları davam etdiririk. Bu yaxınlarda “Pençe Kilit” antiterror əməliyyatına başladıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR