Dünya bazarında neftin qiyməti azalıb.
Metbuat.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin iyun müqaviləsinin dəyəri 2,48% azalaraq 1 barelə görə 104,01 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,56% azalaraq 99,64 dollar təşkil edib.