Çin üçüncü dünya müharibəsində maraqlı deyil – XİN

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Van Venbin bildirib ki, Çin hakimiyyəti Üçüncü Dünya Müharibəsinə can atmır və Ukraynadakı münaqişənin diplomatiya yolu ilə həllinin tərəfdarıdır.

Metbuat.az "TASS"a istinadla xəbər verir ki, Vanq Venbinin fikrincə, Ukraynadakı silahlı münaqişənin uzanmasına imkan vermək olmaz. O, Ukrayna münaqişəsinin təkcə Avropaya deyil, bütün dünyaya təsir göstərməsi ilə nəticələnə biləcək mənfi hadisələrin qarşısının alınmasının vacibliyini qeyd edib.

"Ümid edirik ki, bütün maraqlı tərəflər təmkin nümayiş etdirəcək və gərginliyin qarşısını alacaq", - XİN mətbuat katibi yekunlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR