"Azərsu"yun xidmət göstərdiyi yaşayış məntəqələrinin sayı açıqlanıb

"Azərsu" ASC ölkənin 3316 kənd və qəsəbəsində xidmət göstərir.

Metbuat.az xəbər verir ki, bunu "Azərsu"yun mətbuat katibi Anar Cəbrayıllı “Azərsu” ASC və Medianın İnkişafı Agentliyinin media nümayəndələri üçün “İçməli və tullantı su təsərrüfatının inkişafı və qarşıda duran vəzifələr”mövzusunda birgə təşkil etdiyi təlimdə deyib.

Onun sözlərinə görə, Naxçıvan MR istisna olmaqla ölkənin qalan ərazilərində - 387 kənd və qəsəbə mərkəzləşmiş şəbəkə ilə təmin edilib, 234 kənddə ümumi istifadədə olan bulaqlar mövcuddur, 432 kənddə modul tipli təmizləyici qurğular quraşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR