Sürücülərin NƏZƏRİNƏ! Buna görə 50 manat cərimə oluna bilərsiniz - VİDEO

Yollarda baş verə biləcək ağır qəzaların sayını minumuma endirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin texniki müayinə mərkəzlərində yenilik edilib. Texniki baxışa təqdim olunan avtomobillərin alt işlək hissələri də xüsusi vasitələrlə yoxlanışdan keçirilir. Əgər nasazlıq varsa, bu barədə sürücüyə məlumat verilir.

Metbuat.az xəbər verir ki, bu arada polis avtomobilinin texniki baxış vaxtı çatan sürücülərə də müraciət edib.

Texniki Müayinə Mərkəzinin əməkdaşı Kamal Əhmədli "Xəzər Xəbər"ə deyib ki, avtomobillərin texniki cəhətdən sazlığı yol hərəkəti təhlükəsizliyini təmin edən əsas amillərdən biridir. O, bəzi hallarda sürücülərin avtomobillərini texniki baxışa son gündə təqdim etmələrinin onlar üçün çətinliklər yaratdığını deyir.

Bu arada ramazan bayramı günlərində texniki müayinə mərkəzləri də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, avtomobilini vaxtında texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR