ABŞ Ukraynaya görə BMT-ni toplayır

Mayın 5-də BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının iş proqramında qeyd olunub.

İclasda Ukraynadakı vəziyyət müzakirə olunacaq.

Bundan əvvəl BMT Baş katibi Antonio Quterreşin Rusiya və Ukraynaya səfər edib. İclasda səfərin də müzakirə olunacağı gözlənilir.

Quterreş Moskvada Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb. Baş katib Kiyevə səfər edərək burada Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparıb və hərbi cinayətlərin törədildiyi Buça şəhərində olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR