Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Masallı rayonunun ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayonun Köhnə Alvadı kəndində kənd sakini Rəqib Vəlizadəyə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 11,2 m3 həcmində işlik meşə materialı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Metbuat.az-a bildirib ki, işlik materialın haradan əldə olunmasının müəyyən edilməsi məqsədilə toplanmış sənədlər Masallı Rayon Polis Şöbəsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR