Ölkəyə külli miqdarda siqaretin keçirilməsinin qarşısını alıb -

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan tranzit keçməklə ölkəmizə gələn “SCANİA” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilir ki, sorğu-sual zamanı sürücü idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda - yatağın alt və üst döşəkçənin içərisində gömrük nəzarətindən gizlədilən, 5 400 ədəd “Marlboro Edge” markalı siqaret aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR