Zaporojye vilayətinin Tokmak şəhərinin meri İqor Kotelevski 57 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə u24.ua məlumat yayıb.

Bildirilib ki, qeyri-rəsmi məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun “intihar” versiyasını nəzərdən keçirirlər.

Qeyd edək ki, aprelin ortalarında şəhər işğal olunduqdan sonra Kotelevski vəzifəsindən istefa verib. O, yeni “avtoritet”lə əməkdaşlıqdan imtina etsə də, şəhərdə qalmışdı.