Ötən gün törədilmiş 64 cinayətin üstü

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili işlər Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 71 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR