"McDonald's" Rusiyanı birdəfəlik tərk edəcək

"McDonald's" Rusiyanı həmişəlik tərk edəcəyini bildirib

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, "fast food" nəhəngi Ukrayna müharibəsinin yaratdığı humanitar böhran və gözlənilməz əməliyyat mühiti səbəbiylə bu qərarı verdiyini söyləyib. Şirkət artıq burada yerləşən restoranlarını satmağa başlayıb.

Bildirilib ki, Rusiyada biznes sahibi olmaq artıq dözülməzdir və onların dəyərlərinə uyğun deyil.

Qeyd edək ki, mart ayında "McDonald's" ölkədəki təxminən 850 restoranını müvəqqəti bağlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR