Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu gecədən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 89,7-ci kilometrində yerləşən mövcud avtomobil körpüsündə hərəkət qismən məhdudlaşdırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir. Hərəktin məhdudlaşdırılması Kürdəmir rayonu istiqamətində tətbiq ediləcək. Təmir işləri müddətində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR