Peyvənd vurduranların sayı açıqlanıb

Azərbaycanda son sutkada 3 808 nəfər vaksinasiya olunub.

Bu barədə Metbuat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 350, ikinci doza vaksinlərin sayı 800 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 377-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 281 olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR