2 ildən sonra evinə qayıdan qadın heyrətə gəldi: Hamama girəndə... -

Türkiyənin Sakarya vilayətində qadın iki ildən sonra evinə qayıdanda qəribə mənzərə ilə üzləşib.

Metbuat.az xəbər verir ki, iki ildir boş olan evin hamamına daxil olan qadın, içəridə çox sayda ağac budağının olduğunu müşahidə edib. Qadın məsələnin səbəbini öyrənəndə heyrətə gəlib. Məlum olub ki, 3 mərtəbəli evin 3-cü mərtəbəsindəki hamamın kiçik pəncərəsi açıq qalıb. Qarğalar çubuqları açıq pəncərədən hamama daşıyıb. Evə baxış zamanı bir neçə qarğaya rast gəlinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR