Bu il 4 ayında 332 min manata yaxın əmək haqqı gecikdirilib

2022-ci ilin yanvar-aprel ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən işçilərə 332 min manata yaxın əmək haqqı, müavinət və kompensassiya ödənişlərinin gecikdirildiyini müəyyən edib.

Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, müvafiq tədbirlər görülməklə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR