Paşinyan İlham Əliyevlə görüşmək üçün Brüsselə gedir

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel arasında üçtərəfli görüş nəzərdə tutulub.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nikol Paşinyan mayın 22-də işgüzar səfərlə Brüsselə gedəcək. Liderlərin görüşü də məhz bu səfər çərçivəsində baş tutacaq.

Qeyd edək ki, sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da baş tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR