Kanada Rusiyanın 14 vətəndaşına sanksiya tətbiq etdi

Kanada iş adamları və onların ailə üzvləri də daxil olmaqla, daha 14 rusiyalını sanksiya siyahısına əlavə edib, eləcə də lüks malların satışına qadağa qoyub.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Onların arasında “Uralxim” və “Uralkali” şirkətlərinin səhmdarı Dmitri Mazepin və iş adamı Fərhad Əhmədov da var.

Bundan əlavə, Ottava Rusiyaya dəbdəbəli malların və kompüter avadanlığının ixracına, Rusiyadan isə zərgərlik, alkoqol kimi malların idxalına qadağa qoyur. Xarici İşlər Nazirliyi bildirir ki, 2021-ci ildə bu məhsulların dövriyyəsi 75,7 milyon Kanada dolları (59,1 milyon ABŞ dolları) təşkil edib. Bu məhdudiyyətlər Ukraynadakı vəziyyətlə əlaqədar tətbiq edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR