Mirbağır İsayev futbolçularımızın təhsilindən danışdı

Mirbağır İsayev futbolçularımızın təhsilindən danışdı
11:07 19 Yanvar 2015
140 İdman
Ölkə mətbuatı
A- A+

"Qarşıda bizi məsul oyunlar gozləyir. Komandamız üzərinə düşən məsuliyyəti  dərk edir. Qarışımıza qoyulan məqsəd ilin seçmə mərhələdə əldə etdiyimiz uğurun davamının gətirilməsidi. Futbolçularımız da, məşqçi heyəti də bunu istəyir". Fanat.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev deyib.


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandanın baş məşqçisi affa.az saytına açıqlama verib: "Oyunlara səylə hazırlaşırıq. Uğur qazanılarsa, futbolçular daha çox inkişaf edəcək, xarici klubların diqqət mərkəzinə düşəcəklər. Çox istərdim ki, futbolçularımız xaricdə oynasınlar. Məşqlərlə yanaşı, oyunçularmızın təhsilini də diqqət mərkəzində saxlayırıq. Futbolçularımız toplanış müddətində həm də ingilis dilini öyrənirlər. Hər hansı xarici dil bilən futbolçunun ölkə xaricində oynaması daha rahat olur. Daha çox azərbaycanlı futbolçunun legioner həyatı yaşamasının tərəfdarıyq və bunun üçün çalışırıq”.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mirbar-sayev-futbolcularmzn-thsilindn-dand-t17588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR