Xoşqədəm Hidayətqızı həbs tələbi xəbərlərinə belə reaksiya verdi -

Aparıcı Xoşqədəm Hidayətqızı haqqında yayılan həbs tələbi xəbərlərinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, aparıcı "Səni axtarıram" proqramında hər zaman köməksiz insanlara yardım etdiyi halda haqqında çıxan bu xəbərlərə görə təəssüf hissi keçirdiyini qeyd edib.

"Səhər baxıram ki, hamı mənə yazır ki "Xoşqədəm xanım salamtçılıqdır?" Həmin vaxt özümü çölə atdım, baxdım gördüm salamatçılıqdır? Mənə yazan şəxsə dedim ki, nəyə görə bu sualı verdiniz? Yazı atdı ki, sizin haqqınızda belə bir xəbər var: "Xoşqədəm Hidayətqızı həbs ediləcək". Haqqımda ittiham qaldırılıb. Niyə bala? Yetimin yanında olduğum üçün?!".

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Xoşqədəm Hidayətqızının həbsinin tələb olunması ilə bağlı xəbərlər yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR