Rusiyanın elit qüvvələri Ukraynada məhv edilib -

“Rus komandanların Ukraynanın gücünü düzgün dəyərləndirməməsi Rusiyanın elit qüvvələrinin ciddi itkilər verməsinə səbəb olub”.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb. Bildirilib ki, Kiyevə uğursuz hücum cəhdi, İzyum şəhəri yaxınlığında rus hərbi karvanının dayandırılması və digər uğursuzluqlar rus komandanlarının səhv qərarlarının nəticəsidir. Məlumata görə, uğursuzluğun əsas səbəblərindən biri hava-desant qüvvələrinin Ukrayna ordusu qarşısında məğlub olmasıdır.

Bildirilir ki, Rusiya, elit qüvvələrin həmləsinə daha çox güvənirdi. Məlumata görə, Rusiya elit qüvvələri hesab edilən birlikdə 45000 min hərbçinin olduğu güman edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR