“Real Madrid” 14-cü dəfə Çempionlar Liqasının qalibi oldu - YENİLƏNİB

Çempionlar Liqasında finalda İspaniyanın “Real Madrid” və İngiltərənin “Liverpul” klubları qarşılaşıb.

Metbuat.az xəbər verir ki, "Real Madrid" 59-cu dəqiqədə Vinicius Junior-un qolu ilə "Liverpul"u məğlub edərək Çempionlar Liqasının qalibi olub.

“Liverpul” (İngiltərə) 0:1 “Real” (İspaniya)

Oyun başa çatdı.

00:56. "Real Madrid" 59-cu dəqiqədə Vinicius Junior-un qolu ilə hesabı açdı.

"Liverpul" 0 - 1 "Real Madrid"

***

23:38. Matç Bakı vaxtı ilə 23:36-da başladı.

***

23:22. Matçın 23:30-da başlanacağı gözlənilir.

***

23:01. "Liverpul" və "Real Madrid" komandaları arasında Çempionlar Liqasının final matçının startı təhlükəsizlik baxımından təxirə salınıb.

Metbuat.az xəbər verir ki, bu barədə ispanların mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Parisdəki "Stad de Frans" stadionunda 23:00-da başlanması nəzərdə tutulan oyunun startı növbəti elana qədər ən azı 15 dəqiqə gecikəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR