XİN-dən Ermənistanın iddialarına CAVAB

Emənistan XİN-in guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı, habelə Azərbaycana qarşı tamamilə əsassız iddiaları əks etdirən 28 may 2022-ci il tarixli açıqlamasını qətiyyətlə rədd edirik.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in 28 may 2022-ci il tarixli açıqlamasına dair şərhində deyilir.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi guya ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması ilə bağlı dezinformasiya xarakterli, iftira dolu açıqlamanı təkzib edib və yayılan məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.

Hazırda iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində səylər göstərildiyi bir vaxtda Ermənistan tərəfinin bu cür iftira dolu, pozucu açıqlamalarla çıxış etməsi normallaşma istiqamətində atılan addımlara, o cümlədən dövlət sərhədinin delimitasiyası prosesinə xələl gətirmək məqsədi güdür.

Ermənistan XİN tərəfindən son günlərdə nümayiş etdirilən dağıdıcı yanaşma, birmənalı şəkildə Ermənistan və Azərbaycan arasında normallaşma üzrə baş tutan Brüssel görüşlərinin nəticələrini heçə endirməyə hədəflənib.

Azərbaycan öz tərəfindən post münaqişə mərhələsində beynəlxalq ictimaiyyətin də dəstəklədiyi sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaqdır", - deyə XİN-dən bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR