Meymunçiçəyi pandemiyaya çevriləcək? -

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hələlik meymunçiçəyinin Afrikadan kənarda intensiv yayılaraq pandemiyaya çevriləcəyinə görə narahatlığa əsas yoxdur.

Metbuat.az-ın məlumatına görə, qurumun meymunçiçəyi üzrə baş eksperti Rozamund Levis bildirib ki, hələlik pandemiyaya görə narahat olmağa dəyməz:

"Bu xəstəliyin qarşısını geniş yayılmadan almaq mümkündür”,- deyə o qeyd edib.

Qeyd edək ki, aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində yayılan meymunçiçəyi virusu Afrikanın mərkəzində və qərbində rütubətli tropik meşələrdə rast gəlinən nadir xəstəlik növüdür.

Mayın 7-də Britaniyada ilk dəfə üzə çıxdıqdan sonra dünya üzrə 400-dək yoluxma faktı qeydə alınıb. Cari ilin may ayında Nigeriyada ən azı bir nəfər meymunçiçəyi xəstəliyindən ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR